İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya aktivlərindən Ukraynaya yardım üçün istifadə barədə QƏRAR VERİLDİ

1150 12.02.2024 21:57 Dünya A A

Avropa İttifaqı Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukrayna üçün istifadəsinə hüquqi əsas verəcək qətnaməni təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə şuranın bəyanatında məlumat açıqlanıb.

Sənəddə bildirilir ki, Rusiya Mərkəzi Bankının 1 milyon avrodan çox dəyərində aktivlərinə sahib olan mərkəzi depozitarlar Aİ-nin məhdudlaşdırıcı tədbirləri nəticəsində yığılmış təcili nağd pul qalıqlarını ayrıca uçota almalı və həmçinin müvafiq gəliri ayrıca saxlamalıdırlar: “Bundan əlavə, depozitarlara alınan xalis mənfəətlə bağlı sərəncam vermək qadağandır”.

Sənəddə vurğulanır ki, bu, “Şuraya Ukraynanı və sonrakı mərhələdə onun bərpasını dəstəkləmək üçün Aİ büdcəsinə bu xalis mənfəətdən əldə edilən maliyyə töhfəsi barədə qərar qəbul etməyə imkan verir”. Üstəlik, "bu maliyyə töhfəsi Aİ büdcəsi vasitəsilə şura və Avropa Parlamentinin 2024-cü il fevralın 6-da ilkin razılığa gəldiyi Ukrayna fonduna yönəldilə bilər".

Bəyanata görə, qəbul edilmiş qətnamə “Böyük Yeddiliyin mövqeyinə uyğun olaraq, əməliyyatların qadağan edilməsini, eləcə də Rusiyanın immobilizasiya edilmiş aktivlərinin mülkiyyəti ilə əlaqədar mərkəzi depozitarların əldə etdikləri gəlirlərin hüquqi statusunu aydınlaşdırır və onlara sahib olan şirkətlər üçün qaydaları aydın şəkildə müəyyən edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR