İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlər təlaşda - Paşinyan Azərbaycana güzəştə məcbur ediləcək?

871 02.07.2026 20:40 Ölkə A A

Ermənistanda revanşist dairələr Avropa Komissiyasının sədri Ursula fon der Layenin Bakı və İrəvana səfərindən ciddi narahat olduqlarını gizlətmirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli siyasi şərhçi Akop Badalyan hesab edir ki, Avropa İttifaqı (Aİ) Ermənistanı Azərbaycanla daha tez razılığa gəlməyə sövq etməyə çalışacaq.

Badalyanın fikrincə, fon der Layenin əvvəlcə Bakıya, daha sonra isə İrəvana səfəri təsadüfi deyil. O iddia edir ki, Avropa Komissiyası Azərbaycanla əldə olunacaq razılaşmalar fonunda Ermənistanı Bakı ilə razılığa gəlməyə və irəli sürülən şərtləri qəbul etməyə təşviq edəcək.

Müəllif yazır ki, Baş nazir Nikol Paşinyanın Rusiyanın baş naziri Mixail Mişustin ilə telefon danışığı da məhz bu proses fonunda baş tutub. Onun qənaətincə, Paşinyan Moskvanın mövqeyini öyrənməyə çalışır.

Badalyana görə, 2022-ci ildə Layenin Bakı səfərindən sonra baş verən proseslər Ermənistan üçün ağır nəticələr doğurub. O hesab edir ki, indi də oxşar ssenari təkrarlana bilər və guya Aİ Azərbaycanla razılaşmaya sövq etmək üçün müxtəlif təşviq mexanizmlərindən istifadə edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR