İnsanlara hürriyət, millətlərə istiqlal!

Qısqanclıq adıyla işgəncə: MMA döyüşçüsü 20 yaşlı sevgilisini saatlarla döydü - FOTO

1136 25.12.2025 23:18 Dünya A A

Rusiyanın Tver şəhərində ağır məişət zorakılığı hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, ilkin məlumata görə, MMA ilə məşğul olan şəxs 20 yaşlı sevgilisini ona xəyanət etdiyini iddia edərək amansızcasına döyüb.

Hadisə zamanı kişi gənc qadını izolyasiya lentilə bağlayıb, uzun müddət fiziki zorakılıq göstərib və onu öldürməklə hədələyib. Zərərçəkən təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, qadında kəllə-beyin travması, beyin ödemi, eləcə də üz, boyun və bədən nahiyələrində çoxsaylı xəsarətlər aşkarlanıb. Bildirilir ki, üz sümüklərinin bərpası üçün cərrahi əməliyyat planlaşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR