İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızların ana dili islahatı - Rusiya suveren dövlətin dil siyasətinə qarışır

869 02.06.2023 10:29 Son xəbər A A

Rusiya dil haqqında qanunun qəbulundan sonra Qırğızıstan Respublikasının dil siyasətində tarazlığa ümid edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Federasiyasının hakimiyyəti Qırğızıstanda dövlət dili haqqında yeni qanunun qəbulundan narahatdır və bunun rusdilli əhaliyə təsir edə biləcəyini qeyd edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, qanun hazırkı formada respublikanın qırğız dilini bilməyən vətəndaşları üçün müəyyən çətinliklər yaratmağa qadirdir. Moskva dəfələrlə qırğız həmkarlarının diqqətini bu məsələyə yönəldib. Hesab olunur ki, bu qanunun qəbulunun qeyri-qırğız əhalinin hüquqları ilə bağlı vəziyyətə arzuolunmaz təsir göstərə bilər.

“Tərəfdaşlar əmin etdilər ki, qanun layihəsi rus dilini ləğv etməyi nəzərdə tutmur. Bu baxımdan biz gözləyirik ki, Qırğızıstan Respublikasının rəhbərliyi müttəfiqlik münasibətlərimizin ruhunda həm qırğız dilinin inkişafına, həm də Qırğızıstanda rus dilinin dəstəklənməsinə və təbliğinə yönəlmiş balanslaşdırılmış dil siyasəti aparacaq", - Zaxarova Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda qeyd edib.

Qırğızıstan parlamenti üç oxunuşda dövlət qulluqçularının dövlət qırğız dilini bilməsi haqqında qanun qəbul edib.

Qanuna görə, indi dövlət dilində olan rəsmi sənədlər və normativ hüquqi aktlar əsli sayılır. Bundan əlavə, yeni qanun bütün dövlət qulluqçularını, hərbçiləri, təhsil müəssisələrinin işçilərini və bir sıra digər peşələrin nümayəndələrini qırğız dilini bilməyə məcbur edir.

Respublikada qırğız dili dövlət dilidir, rus dili konstitusiyada rəsmi dil kimi təsbit edilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR