İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzalar, cinayətlər və ölüm... - Ötən gün Azərbaycanda nələr baş verib?

643 12.01.2023 10:03 Hadisə A A

Yanvarın 11-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN rəsmisi, həmçinin respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsinin baş verdiyini açıqlayıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bundan başqa, narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR