İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxlar Makrona tazı küçükləri bağışlayıb

951 10.02.2024 12:20 Dünya A A

Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev Fransa prezidentinə milli tazi cinsindən olan küçüklər hədiyyə edib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu hədiyyələr ona hələ ötən ilin noyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edərkən vəd edilibmiş.

Həmin vaxt Fransa prezidenti “Etnoaul” sərgisinə baxıb, qazax xalqının zəngin mədəni irsi ilə tanış olub və sərgi mərkəzində qazax tazılarını xüsusilə bəyənib. Daha sonra Qasım-Jomart Tokayev fransız həmkarına bu cinsdən küçük verəcəyini bildirib.

“Daha sonra 5 aylıq milli tazı cinsindən olan iki küçük Parisə gətirilib. Ev heyvanları baytarlar tərəfindən müayinə olunaraq müvəqqəti karantinə alınıb. Həmçinin Fransa tərəfi tazıların saxlanması, qidalanması və öyrədilməsi ilə bağlı tövsiyələr alıb”, - nəşr yazır.

Məlum olub ki, küçüklərə Jül və Janna adları verilib. Onlar artıq Makron cütlüyünün 2017-ci ildə heyvan sığınacağından övladlığa götürdüyü qara labrador Nemo ilə dost olublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR