İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaradağda həyət evi yanıb - YENİLƏNİB

473 05.01.2023 22:22 Hadisə A A

Bakının Qaradağ rayonunda yanğın başlayıb.

Musavat.com xəbər verir ki, hadisə Sahil qəsəbəsindədir. Qəsəbənin Zahid Qasımov küçəsində fərdi həyətyanı sahədə az öncə yanğın başlayıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları cəlb olunub.

***

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Sahil qəsəbəsində həyət evlərində birində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür:
"FHN-in “112” qaynar xəttinə Sahil qəsəbəsində birmərtəbəli fərdi yaşayış evinin dəm örtüyündə yanğın başlaması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olinub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək".

***

Yanğın yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan veriımədən qısa müddətdə söndürülüb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR