İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda Bakıya qarşı “Sumqayıt-2" ssenarisi? - Prezident son xəbərdarlığını edib!

3001 25.07.2023 09:36 Siyasət A A

Daşnak-revanşistlərdən Azərbaycana qarşı ilginc təxribat planı; İlham Əliyevin “üçüncü dəfə olmayacaq” mesajı düz oxunmasa, işə komandolar qarışacaq...

Ermənistanın, Qarabağdakı separatçı ünsürlər və Rusiyanın, eləcə də Fransanın Azərbaycana qarşı neçə vaxtdır apardığı “blokada” təbliğatında əsas hədəf bəlli. Təbii ki, məqsəd əsla mülki erməni əhalinin qeydinə qalmaq deyil, ən əvvəl bölgədəki qanunsuz erməni silahlı dəstələrini təmizləməyə Bakıya imkan verməməkdir.

Bunsuz isə nəinki Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa edə və geri dönməkdə olan köçkünlərin təhlükəsizliyini təmin edə bilməyəcək, eyni zamanda Ermənistanla sülh müqaviləsinin imzalanması da müşkülə çevriləcək. Çünki İrəvan da “bu kart”dan Bakı əleyhinə yararlanmağa və ATƏT-in Minsk Qrupunu “xortlatmağa” çalışır.  

Azərbaycan Prezidentinin ötən həftəsonu Şuşadakı çıxışı bu xüsusda Ermənistana və Qarabağdakı erməni icmasına məxsusi ismarış və xəbərdarlıqlarla yadda qaldı. Yeganə doğru seçimi eləmək, həmişəki kimi, yenə ermənilərin öhdəsindədir. İlham Əliyevin təbirincə desək, bəlkə 2-ci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, bəlkə öz günahlarını, cinayətlərini etiraf edəcəklər, cinayətkarları məsuliyyətə cəlb edəcəklər.

“Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır. Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlət başçısı yalnız o halda xalqlar arasında real barışığın mümkünlüyünü qeyd edib. Bildirib ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə barışığa doğru addımlar atılsın, onlardan biri və birincisi isə ermənilərin öz günahlarını etiraf etməsidir.

*****

Əlbəttə ki, bundan ötrü gərək erməni cəmiyyətində praqmatik, realist düşünənlərin sayı “miatsum” virusundan qurtula bilməmiş radikal-revanşistləri xeyli üstələsin. Erməni katolikosluğu terror yuvası yox, normal dini mərkəzə, xalqlar arasında ədavəti deyil, sülhü və barışığı təbliğ edən klerikal quruma çevrilsin.

Ermənilər Qarabağda ölmək üçün bu cür gəlir – FOTO | KONKRET

Radikal-revanşistlər isə Prezidentin Şuşada dediyi kimi, əfsus ki, N.Paşinyan hökumətinin tərkibində də var. Demək, öncə Paşinyan iqtidarı olduğu kimi görünməli, “müharibə” partiyasının qalıqlarından təmizlənməlidir.

Bu harasıdır. Gələn məlumatlara görə, Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşırlar. Bu barədə “Bez Tormozov” məlumat yayıb (Axar.az).

Belə ki, yayılan səs yazısında Fransa vətəndaşı olan “Daşnaksütyun” üzvü təxribatın mahiyyətini açıqlayır. Onun sözlərinə görə, dünyanın diqqətini Qarabağa yönəltmək üçün “qurbanlar” verilməlidir. Erməni terrorçu öz millətindən olan sakinlərin məhv edilməsi və bununla dünyada Azərbaycana qarşı təbliğat aparılmasından bəhs edir.

Yəni bir neçə erməni öldürülür və cinayəti Azərbaycan tərəfinə atmaq üçün erməni təbliğat maşını ənənəvi qaydada işə düşür. Bir növ SSRİ KQB-si və ermənilərin 1988-ci ilin fevralında birgə törətdikləri Sumqayıt hadisələri yada düşür (bəllidir ki, o zaman 26 erməninin qətli ilə nəticələnən talanlara erməni Eduard Qriqoryan başçılıq eləmişdi).

Ermənistanın “qırmızı xətti”: Paşinyan nəyə eyham vurdu? Yeni Sabah

Rusiya bədməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazidə 10 minə yaxın erməni quldur-terrorçu da əslində potensial qriqoryanlardır. Odur ki, Prezident bu məsələnin tezliklə və xoşluqla yoluna qoyulması üçün keçən həftə bir daha çağırış elədi. Qarabağın erməni sakinlərinə səsləndi. İlk növbədə onları məsuliyyətə və doğru tarixi seçimə çağırdı. 

Bir daha yada salaq, İlham Əliyev bildirib ki, reinteqrasiya məsələsi erməni sakinlərin onları girov götürüb qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. Ağdam-Əsgəran yolunun ermənilər tərəfindən bağlanmasına toxunan dövlət başçısı həmçinin vurğulayıb: “Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar... Niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Bütün məsələ də bundadır”. 

Yəni yenə süni blokada məsələsi. Bunda maraqlı olan xarici güclərin təxmini çevrəsini isə yuxarıda cızdıq. Amma aydındır ki, Bakı tövbə və etiraf qapılarını sonsuzadək açıq saxlamayacaq. Normal dili  anlamasalar, əlbəttə ki, başqa dilə danışacağıq. Komando qüvvələrimiz uzaqda deyil... 

“Biz bu məsələ ilə bağlı mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik. Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah "prezident", gah “nazir”, gah da “deputat” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər".

Prezident İlham Əliyev: Şuşa unikal, misilsiz məkandır

Bunu da İlham Əliyev iyulun 21-də Şuşadakı Qlobal Media Forumunda elədiyi çıxışında söyləyib.

“Biz təşəbbüs göstərdik, mən Qarabağ ermənilərinin nümayəndələri ilə təmasla məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdim və bu təmasların qurulması məqsədilə o, Qarabağa göndərildi. Birinci görüş məhz orada, Xocalı qəsəbəsində Rusiya sülhməramlı kontingentinin bazasında oldu. Bundan sonra biz Qarabağ ermənilərinin nümayəndələrini dialoqu davam etdirmək üçün Bakıya dəvət etdik. Lakin onlar imtina etdilər, həm də nümayişkaranə şəkildə. Müəyyən vaxtdan sonra biz onları yenidən dəvət etdik. Ola bilərdi ki, hansısa səhv olub, onların həqiqətən də bunu istəmədiklərinə əmin olmaq məsələsində yanlışlıq ola bilərdi. Yenə də imtina etdilər. Lakin mən onda dedim ki, üçüncü dəvət olmayacaq. İstəmirlərsə, demək, istəmirlər”, - deyə Prezident Bakının xoşməramının sonsuzadək birtərəfli olmayacağına işarə vurub və bir daha bəyan edib ki, Azərbaycan Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyini təmin etməyə hazırdır. Amma bir şərtlə.

“Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, bizim gücümüz də bundadır. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. Nə üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir?”, - Azərbaycan lideri haqlı sual edib.

Vəssalam. Nida işarəsi və iki yağlı nöqtə!..

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR