İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” bu satışdan o qədər pul qazandı ki… ŞOK RƏQƏM

974 07.07.2026 11:16 İdman A A

Kamillo Duran artıq "Qarabağ"ın oyunçusu deyil.

Kolumbiyalı hücumçu bundan sonra karyerasını Şotlandiyada davam etdirəcək. Ağdam təmsilçisi onu "Seltik"ə satıb - tərəflər arasında bütün şərtlər razılaşdırılıb.

Bu sövdələşmə hansı şərtlər daxilində baş tutub? İstər yerli, istərsə əd Şotlandiya mediasında müxtəlif rəqəmlərdən bəhs olunur.

Kimi 2 milyon funt-sterlinqdən danışır, kimi 2,5 milyondan, kimi də 3 milyondan.

"Köhlən atlar" cənubi amerikalının keçidindən 5 milyon avronun üstündə bir gəlir əldə edib.

"Qarabağ" Duranı ötən ilin yayında Portuqaliyadan - "Portimonense"dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. 24 yaşlı forvard ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub.

Duranın gedişi ilə düşərgəni tərk edən futbolçuların sayı 9-a çatıb. Ondan öncə "Qarabağ" Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb. (sportinfo.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR