İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadını döyən sürücü niyə işə qaytarıldı? – Yeni detallar

2198 05.07.2022 20:55 Gündəm A A

Xəbər verdiyimiz kimi, Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.

Hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

Hadisədən sonra sürücü saxlanılmış, işindən xaric edilmişdi.

Daha sonra DİN-dən faktla bağlı açıqlama verilib. Açıqlamadan sonra sürücünün günahsız olduğu bildirilib və o yenidən sürücülük işi ilə təmin olunub.

TV Müsavatın əməkdaşları da mövzu ilə bağlı araşdırma aparıb, Sumqayıt nəqliyyat departamentinin əməkdaşının və sürücünün fikirlərini öyrənməyə çalışıb.

Həmin araşdırmanı təqdim edirik.

Anar Əhməd,
Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR