İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə müsahibənin pərdəarxası- Qərbin maraqları, Rusiyanın mövqeyi...  

565 12.02.2024 16:45 Dünya A A

 

“Rusiyanın prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona verdiyi geniş müsahibədə əsasən Rusiyanın tarixi torpaqları haqqında geniş şərh verdi. O, həm də NATO-nun genişlənməsi və Rusiyanın sərhədlərinə yaxınlaşmasının yolverilməz olduğunu bildirdi”.

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.

A.Badamov Putinin Ukrayna ilə bağlı dediyi fikirlərə diqqət çəkib:  “Putin Ukraynanın bir hissəsinin Rusiyanın torpaqları, digər hissəsinin isə Macarıstana aid olduğunu, hazırkı Ukraynanın süni şəkildə yaradılmış bir dövlət olduğunu bildirdi.  Həm də Ukrayna ilə müharibənin dayandırılmasına hər zaman hazır olduğunu və Qərbin buna imkan vermədiyini ifadə etdi. O cümlədən Rusiyaya sanksiyalar tətbiq etməklə ABŞ-ın öz valyutasının qlobal təsir vasitəsi kimi mövqeyini itirməsinə yol açdığını söylədi. O cümlədən söylədi ki, Qərbin Qafqazla bağlı siyasətinin yarıtmazdır. Hesab edirəm ki, Taker Karlsonun Putinlə  müsahibəsi bir növ Rusiyanın nəbzini yoxlamaq xarakteri daşıyır. Qərb, xüsusilə ABŞ öyrənmək istəyir ki, Ukrayna ilə müharibə nə qədər davam edəcək.

Çünki  Ukraynaya yardım edirlər. Vladimir Putin açıq şəkildə bildirdi ki, 2014-cü ildə Ukrayna ilə əldə olunmuş razılığa əsasən münasibətlərin tənzimlənməsinə İngiltərənin keçmiş Baş naziri Conson müdaxilə etməsəydi, müharibə baş verməyəcəkdi. Putin Qərbi rəngli inqilablarla Ukraynanı Rusiyadan uzaqlaşdırmaq istəməkdə və müharibənin baş verməsinə zəmin yaradılmasında günahlandırdı. O cümlədən Rusiyanın sülhlə bağlı danışıqlara hər zaman açıq olduğunu diqqətə çatdırdı. Müsahibədən belə bir nəticə çıxarmaq olar ki, ABŞ Ukraynaya yardımlarını azaltmaq istəyir və Rusiya da müharibənin uzanmasının tərəfdarı deyil”.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR