İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Zelenski Türkiyəyə səfər edəcək

785 31.05.2023 12:55 Son xəbər A A

Həm Vladimir Putin, həm də Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə səfər etməyi planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin yazarı Hande Fırat məlumat yayıb.

Onun sözlərinə görə, inaqurasiyaya çoxlu sayda xarici liderlər gələcək. Vladimr Putin isə “ayrıca və şəxsi səfər” edəcək. Ondan sonra Ukrayna liderinin gəlməsi gözlənilir.

“Putin və Zelenskinin bir-birinin ardınca həyata keçirəcəyi bu səfərlər zamanı müharibənin gedişi və taxıl dəhlizi müzakirə olunacaq”, - deyə o bildirib.

Hande Fıratın sözlərinə görə, Ərdoğan ABŞ prezidenti Co Bayden arasında telefon danışığı zamanı Qərbin Türkiyəyə təzyiqini ədalətli hesab etmədiyini söyləyib. Bu sözlərdən sonra Türkiyə nümayəndə heyətinin üzvləri başlarını qaldırıb bir-birlərinə baxıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR