İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin AÇIQLADI: Ukrayna HÜCUMDADIR, ağır döyüşlər gedir - Sülhəddin Əkbərlə CANLI

912 10.06.2023 12:02 Son xəbər A A

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib. Bu barədə Rusiya KİV yayıb.

"Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir", - Rusiya lideri bildirib. O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb. “Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq”, - V.Putin əlavə edib.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib. Bu barədə Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə keçirilən komanda-qərargah təlimi ilə bağlı yaydığı məlumatda bildirilib.

Yekun iclasında təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.

Döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərlə söhbətləşirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR