İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojonin öncəgörməsi – “Zalujnı olmayacaq, Sırski olacaq”

1241 09.02.2024 15:23 Dünya A A

"Vaqner” özəl hərbi şirkətin mərhum sahibi, rusiyalı iş adamı Yevgeni Priqojin 2023-cü ildə Ukraynaordusunun yeni baş komandanının adının olacağını proqnozlaşdırıbmış.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, ötən ilin yazında Valeri Zalujnının başından yaralanması ilə bağlı şayiələr yayılarkən, Priqojin media texnoloqu Konstantin Dolqovla müsahibəsində onu Aleksandr Sırskinin əvəzləyəcəyini söyləyib.

“Zalujnı olmayacaq, Sırski olacaq”, - deyə Priqojin bildirib.

Dünən Ukrayna prezidenti Vladimir Zelenskinin saytında ölkə silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnının istefası haqqında fərman dərc edilib. Sırskinin bu vəzifəyə təyin olunması ilə bağlı sənəd də var.

Qeyd edək ki, 2023-cü il mayın 24-də Zalujnının Xerson yaxınlığındakı komanda məntəqəsinə raket hücumu nəticəsində kəllə-beyin travması və qəlpə yaraları aldığı bildirilib. O zaman baş komandanıyaralandıqdan sonra kraniotomiya əməliyyatı keçirib. Həmin vaxt proqnozlaşdırılıb ki, Zalujnı yaşayacaq, lakin öz işini davam etdirə bilməyəcək. Bu proqnoz daoğrulmadı, Zalujnı yaşadı və vəzifəsini icra etdi.

Priqojinin proqnozu isə doğruldu: indi baş komandan postunda Zalujnı deyil, Sırskidir.

Görünür, Priqojin Ukrayna ordusu daxilində gedən prosesləri bilir, komandanları yaxşı tanıyırmış. O yalnız öz aqibətini düzgün proqnozlaşdıra bilmədi: iyunda qiyam qaldırdı, iyulda təyyarə qəzasında həlak oldu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR