İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşada etirazlar başladı

940 09.02.2024 15:15 Dünya A A

Polşanın hər yerində fermerlər etiraz aksiyasına başlayıblar.

Musavat.com xəbər verir ki, etirazların 30 gün davam edəcəyi gözlənilir.

Polşada yaşayan fəallarımızdan Paşa Bakirli Musavat.com-a açıqlamasında bildirib ki, fermerlər Ukraynadan idxala etiraz edərək ölkədə bir çox yolları bağlayıblar. Aksiya Ukrayna ilə sərhəd keçidlərinin bağlanmasını da əhatə edir. Etirazın səbəbi, həmçinin Avropa Komissiyasının Ukrayna ilə rüsumsuz ticarətin 2025-ci ilə qədər uzadılması ilə bağlı son qərarıdır. Fermerlər Avropa İttifaqının "Yaşıl Sövdələşmə" strategiyasının həyata keçirilməsinə qarşıdırlar. 

Bu o deməkdir ki, Polşadan Ukraynaya ixrac edilən mallara limit qoyulub, lakin Ukraynadan Avropaya keçən mallara heçbir limit tətbiq edilmir. Bu səbəbdən fermərlərin etirazı məhz Avropayadır. Polşa rəsmiləri Aİ-nin “yaşıl strategiyası”nı kabus adlandırır.

P. Bakirli onu da qeyd edib ki, Avropada yanacağın və qazın qiymətində kəskin artım müşahidə olunur. Aİ-95 markalı benzinin 1 litrinin qiyməti Azərbaycan manatı ilə 3 AZN-ə çatır. Ərzaq qiymətlərində də bahalaşma ötən illə müqayisədə daha çox hiss edilməyə başlayıb. Bu da avropalıların narazılığına səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR