İnsanlara hürriyət, millətlərə istiqlal!

Politoloqdan sensasion iddia: "Trampın mövqeyini yəhudi lobbisi dəyişdirdi"

452 08.07.2026 15:17 Dünya A A

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədən düşdüyünü bildirərək, "Zənnimcə, İranla atəşkəslə bağlı razılaşma bitdi. Onlarla iş görmək istəmirəm", - deyə bəyan edib.

Bu açıqlama Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb. Trampın qısa müddət ərzində İranla bağlı ritorikasını kəskin dəyişməsi, bunun ABŞ-ın yeni strategiyasının tərkib hissəsi olub-olmaması, diplomatik yolların tamamilə bağlanıb-bağlanmadığı və regionun yeni hərbi qarşıdurma təhlükəsi ilə üz-üzə qalıb-qalmadığı suallarını gündəmə gətirib.

Qabil Hüseynli: "Rusiyada benzin talonla verilir" - VİDEO

Mövzu ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Politoloq ABŞ prezidentinin son bəyanatından son dərəcə heyrətləndiyini deyib:

"İran ərazisinə gecə saatlarında qırıcı təyyarələrlə hücum edilməsi və heç bir xəbərdarlıq olmadan hərbi əməliyyatların yeni mərhələsinin başlanması ciddi suallar doğurur. Mən ABŞ Prezidenti Donald Trampın mövqeyindəki bu kəskin dəyişikliyi anlamaqda çətinlik çəkirəm. Çünki dünənə qədər iranlılar haqqında müsbət fikirlər səsləndirirdi, onlarla dil tapmağın mümkün olduğunu deyirdi, İran rəhbərliyinin nümayəndələri barədə kifayət qədər xoş sözlər işlədirdi. Bu fikirləri də kifayət qədər şişirdilmiş formada təqdim edirdi. Birdən-birə isə bütün bunları 180 dərəcə dəyişərək İranla müharibənin yeni fazasının başlayacağını bəyan edir. Açığı, mən buna çox heyrətlənmişəm. Normal halda belə məsələlər ətrafında müəyyən polemika yaranardı, fikir mübadiləsi aparılardı, tərəflər bir-birini hansısa məsələlərdə ittiham edərdi, diplomatik müstəvidə ciddi müzakirələr gedərdi. Ondan sonra danışıqlar prosesi pozular və hərbi eskalasiyaya keçilərdi. Amma burada sanki bütün bunlar baş vermədi. Elə bil ki, adam yatdı, yuxuda nəsə gördü və səhər durub tamamilə fərqli qərar verdi".

Qabil Hüseynli hesab edir ki, bu mövqe dəyişikliyinin arxasında müxtəlif siyasi təsir mexanizmləri dayanmış ola bilər: "Əgər məsələnin mahiyyətində başqa səbəblər yoxdursa, mənə elə gəlir ki, İsraili müdafiə edən və dünyada təsir imkanlarına malik yəhudi lobbisi bu proseslər üzərində nəzarəti yenidən ələ alıb. Dünənə qədər tamam başqa mövqedən çıxış edən Amerika prezidenti indi tamamilə fərqli mövqe nümayiş etdirməyə məcbur edilib. Mən bunu belə qiymətləndirirəm. Ümumiyyətlə, dünyada bu cür düşünülməmiş, kəskin və ziddiyyətli qərarlar qəbul edən dövlət başçılarının olması, mənim zənnimcə, bəşəriyyəti fəlakətə aparan amillərdən biridir. Çünki sən uzun müddət sülhdən danışırsan, deyirsən ki, bu bölgəyə sülh gələcək, diplomatik yollar işləyəcək. Amma eyni zamanda müharibədə səninlə əməkdaşlıq edən, birgə hərəkət etdiyin sənin irəli sürdüyün və 14 maddədən ibarət olan sülh memorandumunu imzalamaq istəmir. Bununla da kifayətlənmir, üstəlik bəyan edir ki, tamamilə məhv ediləcək, axıra qədər əziləcək və Livandan tamamilə çıxarılacaq. Belə olan halda təbii ki, bölgədə sülhdən danışmaq çətinləşir. Təəssüf ki, dünya elə bir vəziyyətə gəlib çatıb ki, taleyi bəzən iki-üç nəfərin iradəsindən asılı olur. Onlar da istədikləri qərarları qəbul edir, istədikləri istiqamətdə hadisələri inkişaf etdirməyə çalışırlar. Hesab edirəm ki, bütün bunlar Yaxın Şərqdə vəziyyəti xeyli dərəcədə gərginləşdirəcək, regionda yeni qarşıdurmaların və təhlükəsizlik risklərinin yaranmasına səbəb olacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR