İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovun oğlu “Vaqner”dəki xidməti haqda danışdı: “Qorxurdum...”

1757 23.04.2023 12:33 Gündəm A A

Nikolay Peskov: “Ora gedəndə soyadımı dəyişməli oldum, kim olduğumu bilmirdilər” 

Teleqram kanallarında Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun 33 yaşlı oğlu Nikolay Peskovun Ukraynada müharibə zonasında xidmət etdiyi barədə məlumatlar yayılıb.

“Vaqner”in yaradıcısı Yevgeni Priqojin isə bu mövzuda intriqanı daha da artırıb. O, Peskovun oğlunun “Vaqner”sıralarında döyüşdüyünü deyib.  

Musavat.com Nikolay Peskovun “Komsomolskaya pravda”nın müxbiri ilə söhbətini təqdim edir.  

-  Nikolay, cəbhə bölgəsinə getmək kimin təşəbbüsü idi?

- Bu, öz təşəbbüsüm və sırf mənim qərarım idi.

- Mənim başa düşdüyüm qədər məsləhət üçün əvvəlcə atanıza müraciət etmisiniz…

- Özüm üçün Xüsusi Hərbi Əməliyyatda iştirak etmək qərarına verəndə, ora necə gedə biləcəyimi bilmirdim. O səbəbdən atamın yanına getməli oldum. Mən “Vaqner”lə necə əlaqə saxlaya biləcəyimi soruşdum. O da bu işdə mənə kömək etdi.

1678262199_e073d532-ba63-469d-883d-c641ba860e8b.jpeg (235 KB)

- Bəs, niyə məhz aktiv döyüş bölgəsində xidmət etmək qərarına gəldiniz?

-Bunu özümə borcum hesab etdim. İştirak etmək, orada olanlara kömək etməli idim. Kənarda oturub dostlarımın və başqa gənclərin cəbhə zonasına getməsinə baxa bilməzdim.

- Bəs dostlarınızdan cəbhə zonasına gedənlər var?

- Əlbəttə, çoxları gedib.

- Atanızın sizin qərarınıza ilk reaksiyası maraqlıdır…

- Düzünü desəm, atam və ailəm təbii ki, narahat oldular. Amma onlar qərarımı dəstəklədilər.

peskov oglu.JPG (78 KB)

-  Ailə deyərkən? Dmitri Sergeyeviç və Tatyana Navka?

- Bütün ailə. Hamımız yığılmışdıq, belə bir qərar verdiyimi dedim. Cavab vermədilər. Məndən soruşdular ki, hara getmək istədiyini başa düşdüyümə əminəmmi? Mən də “bəli” cavabı verdim. Dedilər, o zaman get…

-  Orada sizi necə qarşıladılar?

- Normal. “Vaqner” komandası mehribandır. Biz hamımız orada eyni işi  görürdük.

- Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun oğlu olduğunuzu bilirdilər?

- Yox. Bilirsiniz, mən ora gedəndə soyadımı dəyişməli oldum. Həqiqətdə kim olduğumu bilmirdilər. Orada adla, soyadla deyil, ayamalarla(pozıvnoy-red) çağırılırıq. Bu mənim kimliyimi saxlamağı asanlaşdırdı.

Unemployed son of Putin aide Dmitry Peskov enjoys the high life

-Orada soyadınız nə idi? Budyonny deyildi, təsadüfən?

- Əlbəttə yox. (Nikolay Peskov marşal Semyon Budyonnının nəvəsidir-red)  Amma bu soyad mənə lazım ola bilər... 

- Bəs orduda bu qədər xidmət keçdiniz?

- Müqavilə əsasında altı aydan bir az xidmətdə oldum.  

- Atan sənə heç zəng etdimi?

- Yox. Heç kim bizə zəng etmirdi. Çünki bu təhlükəsiz deyil. İmkan düşdükcə özüm əlaqə saxladım. O da nadir hallarda. Həyat yoldaşıma və atama zəng edir, hər şeyin qaydasında olduğunu, sağ-salamat olduğumu bildirdim. Vəssalam…

Kremlin spokesman's son refuses to join Russian army in prank call |  Euronews

- Neçə ildir evlisiniz?

- Bir ildən artıqdır.

- Övladlarınız var?

- Hələ yox.

-Konkret harada döyüşmüsünüz, hansı əməliyyatlarda iştirak etmisiniz?

- Təəssüf ki, bu məlumatları sizə açıqlaya bilmərəm.

-Qorxduğunuz vaxtlar olubmu?

- Əlbəttə. Məncə əsgər qorxusunu itirərsə, gərək əməliyyat zonasından çıxsın. Heç kim cəbhə zonasında qorxmadığını deməz. Amma o qorxunu dəf etmək də olur…

- Hansısa hərbi rütbəniz vardımı?

- Orada hər şey bir az fərqlidir. Mən sıravi idim.

- Xüsusi əməliyyatda olmuş adam kimi  nə deyə bilərsiz, yaxın gələcəkdə bizi nə gözləyir?

- Bir şeyi deyə bilərəm ki, orada olan hər kəslə qürur duyuram, bütün uşaqlar çox çalışırlar. Və hesab edirəm ki, qarşıya qoyulan bütün vəzifələr yerinə yetiriləcək. Mən buna əminəm.

- Bu müddət ərzində nə iləsə mükafatlandırılmısınız?

- (könülsüz cavab verir) Mükafat verildi, hə… Yeni ildən sonra “İgidliyə görə” medalı aldım. Bu, həm də bütün ekipajın mükafatıdır. Təəssüf ki, bundan artığını deyə bilmərəm.

Peskovun oğlu orduya könüllü getməkdən imtina etdi - Video

- Atanız xidmətinizi necə qiymətləndirir? O nə deyir?

- Məncə, fəxr edir.  

- Atanıza medalınızı göstərmisiniz?

- Hələ yox.

- Mayın 9-da sinənizə taxacaqsınız?

- Hələ bu barədə düşünməmişəm.

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR