İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Putin Karlsonla müsahibəyə tez razılaşdı”

450 11.02.2024 16:10 Dünya A A

Rusiya prezidenti Vladimir Putin müsahibə təklifi ilə gündəmə gələn amerikalı jurnalist Taker Karlsonla görüşməyə dərhal razılaşdı.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, “Moskva”ya müsahibəsində bildirib ki, əslində Karlson Kremllə əlaqə saxlayıb və Putindən müsahibə almaq istədiyini deyib. “Biz onun materiallarını fəal şəkildə öyrəndik, auditoriyasına baxdıq və müəyyən mövzulara müraciət edərkən nə qədər balanslı olduğuna diqqət etdik. Daha sonra prezidentin belə bir müsahibə verməsini tövsiyə etmək qənaətinə gəldik. Putin müsahibə verməyə kifayət qədər tez razılaşdı”, – Peskov bildirib.

Qeyd edək ki, artıq günlərdir bütün ABŞ, Rusiya, Avropa ölkələri və postsovet məkanı bu müsahibədən danışır. Karlsonla Putinin müsahibəsi dünyada 200 milyona yaxın insan tərəfindən izlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR