Ermənistanın Baş naziri Nikol Paşinyan sabah İrana səfər edəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, o, İranın ali dini lideri Ayətullah Xamenei ilə vida mərasimində iştirak etmək üçün İrana yollanacaq.
"Sabah gedəcəyəm və elə sabah da qayıdacağam", – deyə Ermənistanın baş naziri bildirib.
O, həmçinin səfər çərçivəsində İran rəhbərliyi ilə görüşlərin də planlaşdırıldığını təsdiqləyib.
Musavat.com






