İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan yeni HİYLƏGƏR ADDIM - Nikol Xankəndidə nəyə çalışır? – Ədalət Verdiyevlə CANLIda

672 04.08.2023 13:29 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-ciddi davranışları davam etməkdədir. Paşinyan faktiki olaraq stabil bir rəhbər deyil, situativ, hamelion bir siyasətçi kimi xarakterizə edilə bilər.

O, nə hökumətini normal idarə edə bilir, nə Ermənistan cəmiyyətini başa salmaq gücündədir. Beynəlxalq platformalarda keçirilən görüşlərdə bir bəyanat verir, ölkəsinə döndükdən sonra isə başqa sözlər danışır.

Hətta hökumətin iclaslarında da çıxışı “nala-mıxa vurmaq” siyasətini özünə çıxış yolu tapıb.

Nikol avqustun 3-də hökumətin iclasında çıxışı zamanı deyib ki, Azərbaycanla uzunmüddətli və sabit sülhə nail olmaq üçün imkan var.
O, söyləyib ki, Ermənistan iki ölkə arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişinin imzalanması ilə bağlı razılığa sadiqdir.
Bunun ardınca isə Azərbaycana qarşı böhtanlar yağdırmağa, hazırda gedən proseslərdə gərginlik yaratmağa hesablanmış çıxışlar etməyə başlayıb. Paşinyan həmin iclasda Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yenə də çaşdırmağa, yanlış məcraya yönləndirməyə çalışıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanınbu riyakar davranışına reaksiya verib. Bəyanatda deyilir ki, Paşinyanın bu cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. “Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir. Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.

6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib...

Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir"- deyə, bəyanatda vurğulanıb.

Paşinyanın bu cür qeyri-ciddi davranışları nədən qaynaqlanır? O, haradek belə “manevrlər” edə biləcək? Azərbaycan bu cür riyakar davranışlara görə, Paşinyanla danışıqlardan imtina edə bilərmi? Çünki faktiki olaraq bunun bir mənası yoxdur...

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR