Ermənistan baş naziri parlamentdə kəskin ifadələr işlədib.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı sərt və qalmaqallı ifadələr səsləndirib.
O, 2021–2026-cı illər üzrə hökumət proqramının icrası ilə bağlı hesabat təqdim edərkən bildirib ki, Ermənistan xalqı “müharibə partiyası”nın təsirindən qurtulmalıdır.
“Xalq sülhün müdafiəsinə qalxmalı, siyasətdən “itləri və çaqqalları”, eləcə də siyasi bomjları qovmalıdır”, - deyə Paşinyan qeyd edib.
Nikol Paşinyan çıxışında qeyri-qanuni əmlakın müsadirəsi ilə bağlı prosesə də toxunub. Onun sözlərinə görə, Ermənistanın Kassasiya Məhkəməsi artıq bu istiqamətdə ilk qərarını verib.
“Əminəm ki, bununla sizə tanış olan dairələrin bomjlara çevrilməsi prosesi geri dönməz xarakter alır”, - deyə Paşinyan söyləyib.
Musavat.com






