İnsanlara hürriyət, millətlərə istiqlal!

Otelin işçilərinə qəzəblənən müştəri avtomobili ilə binanın içinə girdi - VİDEO

636 14.01.2023 20:35 Hadisə A A

Çinin Şanxay şəhərində işçilərə əsəbiləşən otel müştərisi əsəbinə hakim ola bilməyib və idman avtomobili ilə otelə basqın edib.

Musavat.com xəbər verir ki, Çinin sosial media platforması "Weibo"da paylaşılan görüntülər qısa zamanda gündəm yaradıb.

Qəzəbli müştəri əvvəlcə idman avtomobili ilə otelin qapılarını sındırıb, daha sonra isə foyedə "drift" etməyə başlayıb.

Adı Çen kimi hallanan 28 yaşlı otel müştərisi kompyüterinin oğurlandığını iddia edərək otel işçiləri ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükcə Çen qəzəblə oteli tərk edərək dayanacağa gedib və avtomobilini götürüb. İdman avtomobili ilə otelin qarşısına gələn müştəri heç kəsə məhəl qoymayaraq qaza basaraq maşınını otelin giriş qapısına çırpıb. 

İdman avtomobili ilə otelin qapılarını sındıran Çen bununla da dayanmayıb. Otelin foyesində avtomobilini idarə edən şəxs onu endimək istəyən işçilərin üzərinə sürməyə başlayıb. Həmin anlar hər saniyə lentə alınıb. Hadisə zamanı xəsarət alan olmadığı bildirilib. Uzun müddət davam edən gərginlikdən sonra  Çen polis tərəfindən saxlanılaraq həbs edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR