İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuza ƏMR VERİLDİ: Əməliyyatlar nə zaman başlayır? - CANLI

1036 30.07.2022 13:16 Gündəm A A

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.

Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Qarabağda üçüncü müharibə başlaya bilərmi? Antiterror əməliyyatlarının zamanı çatıbmı? Nazirin əmri savaşın yeni anonsudurmu?

TVMusavat-ın canlı efirində politoloq Vaqif Hüseynlə nazirin “Vur” əmrini və bölgədəki gərginliyi müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR