İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuz Qırmızı Bazarda erməniləri atəşə tutub? Fuad Abbasovla CANLI gündəm

659 28.07.2022 14:52 Gündəm A A

“Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Erməni tərəfi niyə vəziyyəti gərginləşdirən yalanlar uydurur, təxribatlara əl atır? Üstəlik, atəş açan özləridir - 9 dəfə təxribata yol verilib. Bu proseslər Azərbaycanı yeni hərbi əməliyyatlara başlamağa sövq edə bilərmi?

Yeri gəlmişkən, bu yaxınlarda siyasi şərhçi, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun internet televiziya kanallarından birinə verdiyi müsahibədə dediyi fikirlər sosial şəbəkələrdə sensasiyaya çevrilmişdi.

Həmin müsahibəsində Ərəstun Oruclu bildirirdi ki, Rusiyada Azərbaycana qarşı diversant qruplar hazırlanır və həmin qruplar İranda təlimlər keçirlər. Siyasi şərhçi qeyd edirdi ki, Azərbaycan hədəfdədir.

Ukrayna savaşına gəlincə, Rusiya ordusu Qara dəniz və Belarus istiqamətindən Ukraynanı, xüsusən də Kiyev vilayətindəki hərbi hissəni raketlərlə vurub. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov məlumat verib. “Düşmən Qara dəniz ərazisindən “Kalibr” qanadlı raketləri ilə Kiyev vilayətinin Lyutij qəsəbəsindəki hərbi hissəyə raket zərbəsi endirib. Hazırda bir binanın dağıldığı, iki binaya ziyan dəydiyi barədə məlumat var", - deyə Qramov bildirib.

TVMusavat-ın canlı efirində aparıcı Emil Salamoğlu Misra TV rəhbəri, jurnalist Fuad Abbasovla son hadisələri müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR