İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Rusiya neft və qazına qarşı sanksiyaların qaldırılmasını tələb etdi

731 09.03.2026 18:26 Dünya A A

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Avropa İttifaqı Rusiya neft və qazının idxalına qoyulan qadağanı ləğv etməlidir, əks halda Avropa iqtisadiyyatı ciddi nəticələrlə üzləşəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Macarıstan hakimiyyəti Avropa İttifaqını Rusiyanın enerji sektoruna təsir edən məhdudiyyətləri dayandırmağa və Rusiya neft və qazının alışını bərpa etməyə çağırıb.

Budapeşt öz mövqeyini enerji çatışmazlığı və mümkün qiymət artımı riski ilə izah edir. Macarıstan tərəfinin fikrincə, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi və potensial təchizat fasilələri səbəbindən bazara əlavə təzyiq arta bilər.

Peter Siyarto bildirib ki, Aİ "Rusiya neft və qazının idxalına qoyulan qadağanı dərhal ləğv etməlidir", əks halda Avropa iqtisadiyyatı ciddi nəticələrlə üzləşə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR