İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktay Kaynarca "Hambal Kamal",   Fahriye Evcen "Həyat" rolu ilə ekranlara qayıdır - bomba kimi serial!

258 26.07.2026 10:40 Dünya A A

Musavat.com xəbər verir ki, Türkiyə televiziya məkanının ən çox müzakirə olunan layihələrindən biri olmağa namizəd göstərilən “Hamal” (Hambal) serialı ilə bağlı yeni detal açıqlanıb. Uzun müddətdir ekranlardan uzaq qalan məşhur aktrisa Fahriye Evcen yeni mövsümdə ATV-də yayımlanacaq serialın baş qadın obrazını canlandıracaq.

Türkiyə maqazin mediasının yazdığına görə, layihənin hazırlıq işləri artıq start götürüb. KYN Yapım imzası ilə ərsəyə gələn serialın prodüserləri Oktay Kaynarca və Onur Kaynarcadır. Baş rolda isə tamaşaçıların “Hamal Kemal” (Hambal Kamal) kimi izləyəcəyi Oktay Kaynarca yer alacaq. Onun tərəf müqabili uzun fasilədən sonra televiziya serialına qayıdan Fahriye Evcen olacaq. Aktrisanın serialda “Hayat” adlı obrazı canlandıracağı bildirilir.

Türkiyə mediasında yayılan məlumata əsasən, “Hamal” klassik dram deyil. Layihə güclü intiqam xətti ilə romantik münasibətləri birləşdirən emosional hekayə üzərində qurulub. Ssenarinin mərkəzində həyatın ağır sınaqlarından keçmiş “Hamal Kemal” və onun taleyini dəyişəcək “Hayat” obrazı dayanır. Bu iki obrazın qarşıdurması və yaxınlaşması serialın əsas süjet xəttini təşkil edəcək.

Serialın rejissoru Mustafa Şevki Doğan olacaq. Ssenari isə Türkiyənin tanınmış ssenaristləri Kerem Deren və Çisil Hazal Tenim tərəfindən qələmə alınıb. Çəkilişlərin sentyabr ayında başlaması planlaşdırılır.

Maqazin dairələrində ən çox diqqət çəkən məqamlardan biri də Fahriye Evcenin illər sonra yenidən televiziya serialına razılıq verməsidir. Burak Özçivitlə ailə qurduqdan və iki uşaq anası olduqdan sonra aktrisa əsasən reklam layihələrində və seçilmiş ekran işlərində görünürdü. Son aylarda onun müxtəlif seriallarla bağlı adı hallansa da, rəsmi razılaşma əldə olunmamışdı. İndi isə “Hamal” layihəsi ilə bu uzun fasiləyə son qoyulur.

Türkiyə sosial media platformalarında da xəbər qısa müddətdə geniş rezonans doğurub. İzləyicilər Oktay Kaynarca ilə Fahriye Evcenin ilk dəfə eyni layihədə tərəf müqabili olacağını vurğulayaraq, bu tandemin yeni televiziya mövsümünün ən iddialı ekran cütlüklərindən birinə çevriləcəyini yazırlar.

Yeni televiziya mövsümünün ən çox gözlənilən layihələrindən sayılan “Hamal” serialının həm aktyor heyəti, həm də mövzusu baxımından Türkiyə televiziya bazarında ciddi rəqabət yaradacağı artıq indidən müzakirə olunur.

7fae1027-7377-4022-a5fe-7b343e733162.jpeg (217 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR