İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb

596 26.07.2026 11:15 Hadisə A A

Qara dənizdə, Rumıniya sahillərində yerləşən Sulina limanı yaxınlığında yük gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

Musavat.com xəbər verir ki, Palau bayrağı altında üzən "AGN RAGNAR" adlı quru yük gəmisi Ukraynanın Sulina limanını tərk edərkən dron zərbəsinə məruz qalıb.

Hücum nəticəsində gəminin yaşayış bölməsi və kapitan körpüsü ciddi zədələnib, göyərtədə yanğın baş verib.

Məlumata görə, gəmidə 3 azərbaycanlı, 3 türkiyəli və 3 hindistanlı olmaqla ümumilikdə 9 dənizçi olub. Hadisə nəticəsində 2 hindistanlı dənizçinin itkin düşdüyü bildirilir.

Digər ekipaj üzvlərinin isə təhlükəsiz şəkildə təxliyə edildiyi qeyd olunur.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR