İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə kəşfiyyatı 91 illik sirrini açdı – gizli məktublar...

483 26.07.2026 00:45 Dünya A A

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) 1933-cü ilə aid məxfi sənədi ilk dəfə ictimaiyyətə təqdim edib.

Musavat.com xəbər verir ki, TRT Haber-in məlumatına görə, MİT rəsmi internet saytının "Xüsusi Kolleksiya" bölməsində 91 il əvvəl gizli məktubların açılması və məxfi yazışmaların deşifrə edilməsi üçün istifadə olunan üsulu əks etdirən tarixi sənədi yayımlayıb.

1933-cü il 27 avqust tarixli sənəddə Milli Əmniyyət Xidməti Rəyasətinin (MAH) D (Texniki Dəstək) şöbəsinin zərflərin açılması və gizli yazıların oxunması üçün tətbiq etdiyi metod təsvir olunur. Sənəd İstanbul B İdarəsinə göndərilən rəsmi yazının surətidir.

Sənəddə bildirilir ki, 230 nömrəli poçt qutusuna daxil olan və açılması üçün Rəyasətə göndərilən məktub xüsusi üsulla açılıb. Məktub iki səhifədən ibarət olub. Birinci səhifədə aparılan sınaq nəticəsində yazıların bir hissəsi silinsə də, oxuna bilən hissələrin mənası və ikinci səhifənin tərcüməsi ayrıca təqdim edilib.

Məktubun sonunda "Lüsi" imzasının olduğu, buna görə də məktub sahibinin Lucci Vidman ola biləcəyi ehtimal edilir. Sənəddə qeyd olunur ki, həmin poçt qutusundan gələcək məktublara kimyəvi emal lazım gələrsə, xüsusi formuldan istifadə olunmalıdır.

Qeyd hissəsində göstərilir ki, bunun üçün 10 qram dəmir xlorid və 90 qram distillə olunmuş su qarışığından istifadə edilməlidir. Məhlulun xüsusi qaba tökülərək kağızın foto kağızı kimi onun içində saxlanılması tövsiyə olunur. Sənədə görə, məhlulun fırça ilə kağıza çəkilməsi isə yaxşı nəticə vermir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR