İnsanlara hürriyət, millətlərə istiqlal!

Batdın, ay çiçək – Rusiya qadağa qoydu, erməni gülləri zibilliyə atılır

281 25.07.2026 22:18 Dünya A A

Ermənistanda çiçək bazarında vəziyyət sürətlə pisləşir, məhsulların qiyməti son bir ayda təxminən 70 faiz ucuzlaşıb.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Məlumata görə, Rusiyanın erməni çiçəklərinin idxalına tətbiq etdiyi məhdudiyyətlər və məhsulların Avropa İttifaqı bazarına çıxarıla bilməməsi ölkə daxilində ciddi böhran yaradıb. Nəticədə bazarda böyük həcmdə satılmayan məhsul toplanıb və rəqabət daha da kəskinləşib.

İri ticarət şəbəkələrinin çiçək satışını artırması kiçik istixana təsərrüfatları və ənənəvi gül mağazalarının vəziyyətini daha da ağırlaşdırıb.

Alternativ ixrac bazarları da gözlənilən nəticəni verməyib. Bildirilir ki, Gürcüstanın erməni çiçəklərini alması əsasən xoş niyyət addımı olub. Lakin Tiflisdə çiçək hədiyyə etmək ənənəsinin geniş yayılmaması səbəbindən məhsulun böyük hissəsini satmaq mümkün olmayıb və həmin partiya utilizasiya edilib.

Satış bazarlarının olmaması səbəbindən bir çox istehsalçı yetişdirdiyi gülləri zibilliyə atmağa və ya məhv etməyə məcbur qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR