İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evdə telefonlar toplandı – Trampın yeni təyyarəsi ilə bağlı sızma

414 26.07.2026 03:30 Dünya A A

Ağ Evdə Donald Trampın istifadə edəcəyi yeni Air Force One təyyarəsi ilə bağlı məxfi məlumatların mətbuata sızmasından sonra daxili araşdırmaya başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, administrasiyanın bir neçə əməkdaşı yoxlanış üçün mobil telefonlarını təhvil verib. Mənbələrin bildirdiyinə görə, Donald Tramp baş verənlərə görə ciddi narazılıq edib və araşdırmanın gedişi barədə ona mütəmadi hesabat təqdim olunmasını tələb edib.

Araşdırmaya səbəb iyul ayında The New York Times qəzetində dərc olunan məqalə olub. Nəşr yazıb ki, Qətərin Donald Trampa hədiyyə etdiyi Boeing 747-8 təyyarəsi əvvəlki prezident təyyarələri ilə müqayisədə müdafiə baxımından daha zəifdir. Bildirilir ki, təyyarədə bəzi müasir təhlükəsizlik sistemləri, o cümlədən raket əleyhinə müdafiə texnologiyaları yoxdur.

Məqalə dərc olunmazdan əvvəl qəzet redaksiyası Federal Təhqiqat Bürosunun (FBI) yüksək vəzifəli əməkdaşından materialın milli təhlükəsizlik baxımından təxirə salınması xahişi ilə müraciət alıb.

Bundan sonra The New York Times-ın bir neçə jurnalistinə məhkəmə çağırışı göndərilib. Araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR