İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüşabə Ələsgərli məhkəmə ilə hədələndi - VİDEO

748 11.06.2022 20:50 Şou-biznes A A

“Səni axtarıram” verilişinin ötən gün yayımlanan buraxılışında gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, proqrama kömək üçün müraciət edən Günel adlı xanımla Əməkdar artist Nüşabə Ələsgərli arasında mübahisə baş verib.

Sənətçi 4 övladından imtina etmək istəyən Günelə irad bildirərək “Belə bir qanun çıxsın ki, şüuru özünü idarə edə bilməyən qadınlar çox uşaq doğa bilməsinlər. Elə bil ölkə, xalq söz verib ki, sən hərəsini bir yerdə doğ, biz baxacağıq. Sən doğ, Xoşqədəm, xalq baxacaq” sözlərini söyləyib.

Bu sözlər qarşısında qəzəblənən Günel ifaçını onun şərəf və ləyaqətini alçaltdığı üçün məhkəməyə verib təzminat tələb edəcəyini deyib:

“Şərəf və ləyaqətimi alçaltdığı üçün mənə təzminat ödəməsini istəyirəm. Mən həmin məbləği uşaq evinə verəcəyəm”, - deyə Günel əlavə edib.

Ətraflı videoda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR