İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək...” - ABŞ diplomatı

594 31.07.2024 12:25 Siyasət A A

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen çərşənbə axşamı bildirib ki, ABŞ Rusiya və Çindən yan keçməklə, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına Ermənistan və Azərbaycan ərazilərindən keçməklə yeni quru yolu yaratmaq imkanını nəzərdən keçirir.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

“Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variant Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycan ərazisindən keçən marşrut aça bilsək, o zaman onlar dünya bazarlarına çıxış əldə edəcəklər, Rusiya və Çindən daha az asılı olacaqlar”, - O’Brayen Senatın Xarici Əlaqələr Komitəsində deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR