İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftçalada sərxoş kişi gölməçədə boğulub

389 13.01.2023 01:00 Hadisə A A

Neftçalada sakini qar suyu ilə dolmuş gölməçədə boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Həsənabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Qasımov Müseyib Rasim oğlu gölməçəyə yıxılıb və boğularaq ölüb. İlkin məlumata görə, o, sərxoş olub.

Meyit muayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR