İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir Penitensiar Xidmətin vəzifəli şəxslərini işdən çıxardı

1275 26.11.2025 18:03 Ölkə A A

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları cəzalandırılıb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə, Xidmətin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.

Xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin bir qrup əməkdaşına qarşı isə intizam tənbehi tədbirləri görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR