İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nazir özü baxıb güldü, amma dedi ki, kəsilsin...”

1181 20.04.2023 19:16 Gündəm A A

“Rejissoru olduğum “Həyat, deyəsən, gözəldir” filmində gülməli məqamlar olduğu üçün onun ekranlara çıxmasına etiraz edildi”.

Musavat.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu kinorejissor, Xalq artisti Vaqif Mustafayev Kino Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Türkiyədə festivala təqdim edilməzdən əvvəl filmdən 27 dəqiqə kəsilib: “Nazir özü baxıb güldü, amma dedi ki, kəsilsin. Mən bunun niyə edilməsini başa düşmədim”.

V. Mustafayev əlavə edib ki, film may ayında Azərbaycanda nümayiş olunacaq.

Qeyd edək ki, iki il əvvəl Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən film “Fəryad” filminin davamıdır. “Həyat, deyəsən, gözəldir” (Fəryad II) tammetrajlı bədii filmi 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı şanlı qələbəyə həsr olunub.

Xatırladaq ki, sözügedən film Anar Kərimovun mədəniyyət naziri olduğu dövrdə çəkilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR