İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Kosovonun şimalına daha 700 hərbçi göndərir

247 31.05.2023 13:38 Son xəbər A A

NATO-nun sülhməramlı qüvvələri (KFOR) Kosovonun şimalında bələdiyyə binalarının mühafizəsini gücləndirib.

AZƏRTAC Qərb mediasına istinadla xəbər verir ki, qoşunlar mayın 29-da etnik serblərlə toqquşmalarda 30 sülhməramlının yaralandığı ərazini mühasirəyə alıb. Etnik gərginliyin daha da güclənməsinin qarşısını almaq üçün NATO ölkəyə əlavə 700 hərbçi göndərir.

"NATO-nun sülhməramlı qüvvələri Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz və dinc mühitin qorunması üçün lazımi tədbirlər görəcək. Biz BMT mandatına uyğun olaraq qərəzsiz fəaliyyəti davam edəcəyik", - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Bu arada diplomatik səviyyədə də intensiv səylər göstərilir. Serbiya Prezidenti Aleksandar Vuçiç beş vasitəçi ölkənin (Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ) səfirlərini Kosovodakı serblərin təhlükəsizliyinə zəmanət verməyə çağırıb.

Eyni zamanda, Kosovonun baş naziri Albin Kurti təkid edir ki, xalq tərəfindən seçilən şəhər merləri bələdiyyə hökumətinin yeganə qanuni nümayəndələridir.

Ötən həftə keçirilən səsvermədə etnik albanlar bələdiyyə sədrləri seçib. Serblərin böyük əksəriyyəti seçkiləri boykot edərək onların yolunu kəsməyə çalışıb. Kosovo polisi izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar zamanı serblərlə NATO qüvvələri arasında toqquşma baş verib və nəticədə 30 sülhməramlı yaralanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR