İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da ikinci üsyan: İspaniyadan sonra İtaliya da İran müharibəsində iştirakdan imtina etdi

1026 31.03.2026 12:45 Dünya A A

İtaliya hökuməti ABŞ ordusuna məxsus hərbi təyyarələrin Sitsiliya adasındakı strateji "Siqonella" aviabazasından İranla müharibə məqsədilə istifadəsini qəti şəkildə qadağan edib.

Musavat.com xəbər verir ki, "Corriere della Sera" nəşrinin yaydığı məlumata görə, İtaliya Müdafiə Qərargahının rəisi Luçano Portolano bir neçə ABŞ qırıcısının Yaxın Şərqə göndərilməzdən əvvəl "Siqonella"da eniş etmək cəhdinin qarşısını alıb. Müdafiə naziri Quido Krozettoya məruzə edilən insident zamanı məlum olub ki, Amerika tərəfi uçuşlar üçün əvvəlcədən rəsmi icazə almayıb və İtaliya hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparmayıb.

Məlumata görə, ABŞ təyyarələrinin planları barədə məlumat onlar artıq havada olarkən məlum olub. İtaliya tərəfi sorğunu rədd edərək bildirib ki, bu uçuşlar logistik xarakter daşımır və mövcud ikitərəfli hərbi sazişlərdə nəzərdə tutulmayıb. Nazir Krozetto vurğulayıb ki, İtaliya ərazisi üçüncü tərəfə qarşı hücum əməliyyatları üçün plasdarm kimi istifadə edilə bilməz. 

Bildirilir ki, İspaniyadan sonra İtaliyanın da bu cür sərt mövqe nümayiş etdirməsi NATO-nun cənub cinahında ABŞ-ın hərbi logistikasını ciddi şəkildə iflic edib. Vaşinqtonun bu addımı "müttəfiqlərə hörmətsizlik" kimi qiymətləndirilir və Roma ilə münasibətlərdə son illərin ən böyük diplomatik gərginliyinə yol açıb. Hazırda ABŞ-ın həmin təyyarələri yanacaqdoldurma üçün alternativ marşrutlar axtarmağa məcbur qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR