İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə fonunda dəbdəbə: Kreml elitasının istirahəti sosial şəbəkələrdə etiraz doğurdu  

1061 17.06.2026 23:06 Dünya A A

Kreml sözçüsü Dmitri Peskovun həyat yoldaşı, məşhur fiqurlu konkisürən Tatyana Navka Murmansk vilayətinə ailəvi balıq ovu səfərindən paylaşdığı fotolarla sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, istifadəçilərin diqqətini xüsusilə Navkanın geyim və aksesuarlarının qiyməti cəlb edib.

Jurnalistlərin hesablamalarına görə, fotolarda Navka təxminən 670 dollarlıq Miu Miu eynəyi, 1025 dollarlıq Chanel kepkası, 10 min avro dəyərində Chanel pencəyi və təxminən 1,5 milyon rubl qiymətləndirilən Chanel çantası ilə görüntülənib. Diqqət çəkən məqamlardan biri də çantanın üzərindəki Chanel loqosunun fotolarda gizlədilməsi olub.

Paylaşımların altında çoxsaylı tənqidi şərhlər yazılıb. İstifadəçilər bahalı istirahətin müharibə, yanacaq problemləri və ölkədəki sosial çətinliklər fonunda nümayiş etdirilməsini sərt şəkildə qarşılayıblar.

Bəzi şərhçilər Rusiyanın cənub bölgələrində ekoloji problemlərin davam etdiyini, bir çox ailələrin isə gündəlik yaşayış xərcləri ilə bağlı çətinlik çəkdiyini vurğulayıblar.

Məlumata görə, Navkanın buz şouları və digər layihələri də dövlət dəstəyindən faydalanır. “Verstka” nəşrinin yazdığına görə, 2025-ci ildə onun layihələri təxminən 60 milyon rubl dövlət qrantı və 30 milyon rubla yaxın dövlət sifarişi alıb.

Nəşrin məlumatına əsasən, Navka ilə əlaqəli buz şouları və kommersiya layihələrinin ümumi gəliri ötən il 1,8 milyard rubla çatıb.

Tatyana Navka Rusiyanın ən tanınmış idman simalarından biri olmaqla yanaşı, Kreml sözçüsü Dmitri Peskovun həyat yoldaşı kimi də tez-tez ictimai diqqət mərkəzində olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR