İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya dron hücumu ilə bağlı İLGİNC İDDİA

1239 07.06.2023 20:49 Son xəbər A A

Mayın 30-da Moskvaya hücum edən və yaşayış binalarını vuran pilotsuz təyyarələrin hədəfində Rusiya kəşfiyyatçılarının yaşadığı mənzillər olub.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı kəşfiyyata və ABŞ Konqresindəki mənbələrə söykənərək məlumat yayıb.

Telekanalın informasiyasına görə, hücum zamanı zədələnən evlərdə rus kəşfiyyatçıları yaşayırmış. ABŞ-ın “Strider Technologies” şirkətinin təsbitlərinə əsasən, evlərdən ən azı biri Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə bağlıdır.

Şirkətdən verilən məlumata görə, bina XKX-yə bağlı hərbi hissə ilə müqaviləsi olan Rusiyanın büdcə qurumlarından birinə məxsus olub. Kəşfiyyat xidməti əməkdaşlarından hər hansı birinin mənzilinə ziyan dəyib-dəymədiyi və ya onlardan birinin xəsarət alıb-almadığı barədə məlumat verilmir.

Xatırladaq ki, bu hadisə 2022-ci il fevralın 24-də işğalçı savaşın başlamasından bu yana Moskvanın yaşayış məntəqəsinə ilk dron hücumu sayılır.

Rusiya Müdafiə Nazirliyi zərbəni terror hücumu adlandırıb və bunu Ukraynanın üzərinə atıb. Rusların iddiasına görə, hücumda Ukraynaya məxsus 8 pilotsuz uçan aparat iştirak edib. Onlardan üçü radioelektron silahla dəf edilib, beşi isə Moskva vilayətində “Pantsir-S” zenit kompleksi tərəfindən vurulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR