Moskva Şəhər Məhkəməsi Rusiya Xarici İşlər Nazirliyinin sabiq əməkdaşı Arseni Konovalov barəsində dövlətə xəyanət maddəsi ilə hökm çıxarıb.
Musavat.com xəbər verir ki, məhkəmənin qərarına əsasən, Konovalov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə TASS-a məlumatı FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi təqdim edib.
İstintaq materiallarına görə, Konovalov ABŞ-a ezamiyyətdə olduğu vaxt pul müqabilində ABŞ kəşfiyyatına məxfi məlumatlar ötürüb. O, bu cinayət əməlinə görə 2024-cü ildə saxlanılıb.
Rəsmi qurumlar bildiriblər ki, məhkəmə prosesi qapalı rejimdə keçirilib və iş üzrə təqdim olunan sübutlar dövlət sirri təşkil edən məlumatlarla bağlı olub. Hadisə Rusiyada dövlət təhlükəsizliyi ilə bağlı ən səs-küylü məhkəmə işlərindən biri kimi qiymətləndirilir.
Musavat.com






