İnsanlara hürriyət, millətlərə istiqlal!

Misir İsraili hədələdi

1105 11.02.2024 23:24 Dünya A A

Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə “Kemp-Devid” sazişini poza bilər.

Bu barədə Misir rəsmiləri məlumat yayıblar.

“Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və İsrail arasında imzalanmış sülh müqaviləsidir. Bundan əvvəl, İsrail dövləti yaranandan bəri iki ölkə müharibə vəziyyətində olub.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR