İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonluq sızıntı: tarixin ən böyük musiqi qalmaqalı ola bilər

1051 22.12.2025 21:01 Texnologiya A A

Dünyanın ən böyük musiqi platformalarından biri olan Spotify ciddi təhlükəsizlik qalmaqalı ilə üzləşib.

Musavat.com xəbər berir ki, Billboard jurnalının məlumatına görə, pirat aktivistlər qrupu platformaya daxil olaraq 86 milyon audiofayla çıxış əldə edib.

Hazırda açıq məkana yalnız metadatlar — mahnı adları, ifaçılar və albom məlumatları sızdırılıb. Mahnıların özləri hələlik paylaşılmayıb.

Lakin ekspertlər xəbərdarlıq edir ki, əgər audiofayllar torrent və digər pirat platformalara yüklənsə, bu hadisə musiqi sənayesi tarixində ən böyük sızıntı kimi qeydə alına bilər.

Spotify rəhbərliyi insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib. Hadisənin miqyası və mümkün nəticələri musiqi sənayesi üçün ciddi risklər vəd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR