İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşında qumbara partladılıb - Hadisə yerindən EKSKLÜZİV görüntülər (Videoreportaj) 

1162 06.01.2023 18:43 Hadisə A A

Şəmkirdə avtomobildə qumbara partladılıb. Nəticədə xəsarət alanlar var. Əməkdaşımız İlham Məmmədov hadisənin baş verdiyi ərazidə olub və təfərrüatları öyrənməyə çalışıb.

Hadisə Şəmkirin mərkəzi küçələrinin birində, bazar adlanan ərazidə baş verib. “VAZ 2105” markalı avtomobilin içərisində əl qumbarası partladılıb.

Məlum olub ki, avtomobildə olan şəhər sakinləri Heydərov Nəsib Yusif oğlu və Qarayev Binnət Həsən oğlu ağır dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Ekspertiza üçün müxtəlif materiallar götürülüb. Həmçinin avtomobil ərazidən uzaqlaşdırılıb.

Hadisənin hansı səbəbdən baş verməsini müəyyənləşdirmək üçün araşdırma başlanılıb. Aparılacaq istintaq sonrası təfərrüatlar tam bəlli olacaq.

Lakin ilkin məlumata görə hadisə borc üstündə yaranan mübahisəyə görə baş verib. Heydərov Nəsib Yusif oğlu bir müddət əvvəl Qarayev Binnət Həsən oğluna verdiyi borcu tələb edib. Binnət Qarayev pulu qaytarmadığı üçün aralarındakı sonuncu mübahisə qanlı olayla nəticələnib.

 

İlham Məmmədov,
 Şəmkir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR