İnsanlara hürriyət, millətlərə istiqlal!

Mart ayında ABŞ-nin Xarq adasını tutmaq planı buna görə baş tutmayıb

736 10.07.2026 09:30 Dünya A A

İrana qarşı hərbi əməliyyatının ilk həftələrində ABŞ-nin USS Boxer amfibiya hücum gəmisi sıradan çıxıbmış.

Musavat.com-un Newsmax-a istinadən xəbərinə görə, gəmi kritik anda döyüş əməliyyatlarında iştirak edə bilməyib. ABŞ İrana qarşı dəniz blokadası tətbiq edərkən və Xarq adasını ələ keçirməyi planlaşdırdığı bir vaxtda 11-ci dəniz ekspedisiya bölməsini daşıyan USS Boxer mühərrik problemi səbəbindən sıradan çıxıb. Yaxın Şərqə gedən amfibiya hücum gəmisi təmirə ehtiyac duyub və Ərəbistan dənizindəki Amerika qüvvələrini gücləndirmək əvəzinə, USS Boxer və minlərlə dəniz piyadası Hind okeanındakı Dieqo Qarsiyadakı birgə Britaniya-Amerika bazasında təmir üçün gözləməli olublar.

Adı açıqlanmayan ABŞ rəsmisi Newsmax-a bildirib ki, "USS Boxer müvəqqəti olaraq kritik bir anda sıradan çıxmışdı". Newsmax mənbələrinə görə, bu, ABŞ rəhbərliyini İrana qarşı əlavə seçim imkanlarından məhrum edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR