İnsanlara hürriyət, millətlərə istiqlal!

Luqansk və Lisiçansk getdi, hədəf Donetskin tam işğalı - Hərbi analitiklə CANLI

1286 04.07.2022 14:54 Gündəm A A

Avqustda ukraynalılar ölkənin Rusiyaya qarşı ilk qələbələrini görə biləcəklər. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yerli mediaya açıqlamasında bildirib.

O, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini anlamağın zəruri olduğunu vurğulayıb. “Mən daha əvvəl bildirdim ki, siz, prinsipcə bütün dünya avqustda Ukraynanın ilk qələbələrini görəcək. Bu, ilk dönüş nöqtəsidir”, - Budanov deyib.

Rusiyanın Ukraynaya qarşı ilk böyük uğursuzluğu Xersonun işğaldan azad edilməsi olacaq.

Bu barədə Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyginə müsahibəsində bəyan edib.

O, qeyd edib ki, hazırda Rusiyada hamı onun ordusunun hücumuna arxalanır, amma Ukrayna hərbçilərinin əks-hücuma keçməsindən sonra Rusiyada isterika başlayacaq.

«Biz hücuma keçən zaman, gec və ya tez biz başlayacağıq. Böyük ehtimalla, tez. O, zaman Rusiya cəmiyyətində və hakimiyyətin yüksək dairələrində isterika elə həddə çatacaq ki, bu, bizim yuxumuza da girməz. Rusiyada hamı arxalanır ki, ordu hücum edir və enerji daşıyıcılarının qiyməti yüksəkdir. Biz, Xersonu nəzarət altına qaytarandan sonra, bu, Rusiyanın uğursuzluğunun ilk böyük addımı olacaq» - Arestoviç deyib.

O, hazırda baş verənləri «rusun uzadılmış məğlubiyyəti» adlandırıb ki, bundan sonra «xüsusi əməliyyat» Rusiyanın özündə başlayacaq. «Orada nizamı kim yaradacaq? Ukraynalı sülhməramlılar. İntervensiya şəklində yox, şərti müvəqqəti hökumətin dəvəti üzrə» - Arestoviç hesab edir.

TVMusavat-ın saat 15:00-da canlı efirində “Həftə içi”nin aparıcısı Emil Salamoğlu hərbi analitik Alp Arslan İmamqulu ilə Ukrayna və Özbəkistan hadisələrini müzakirə edir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR