İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov sülh sazişindən DANIŞDI: "Hər cür kömək etməyə hazırıq”

627 25.07.2023 18:58 Siyasət A A

“Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar zamanı deyib.

“Biz bugünkü görüşdən regionumuzun ən mühüm məsələlərindən birinin – mən Cənubi Qafqazda uzunmüddətli sabitləşməni nəzərdə tuturam – həlli üçün istifadə etmək istəyirik. Əminik ki, buna ən qısa yol Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsidir. Bir sıra əlavə sənədlər liderlərimiz tərəfindən nəzərdən keçirilmək üçün hazırlanır”, - o vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR