İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu ilə bağlı SON DƏQİQƏ açıqlaması 

6842 04.08.2023 13:47 Siyasət A A

“ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun məhz belə bir ərəfdə regiona səfəri hər şey deməsə də, çox şey bildirir”.

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.

sahib.jpg (64 KB)

Millət vəkili ölkəmizə qarşı təzyiqlərə də diqqət çəkib: “BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycan əleyhinə qətnamə və yaxud da başqa bir sənədin ortaya çıxacağı istisna olunmur. Ancaq bu, bizi öz torpaqlarımızın hər qarışı üzərində suverenliyimizi tam təmin etmək əzmindən döndərməyəcək, o yol məhz Laçından keçir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə eyni gündə İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul etməsi və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin bir neçə hərbi hissədə döyüş hazırlığını yoxlaması məncə, elə-belə deyildi. Laçın yolunu Azərbaycanın suverenliyinə təhdid dəhlizinə çevirmək istəyənlər anlamalıdırlar ki, bu istəkləri də içlərində qalacaq”.

Sahib Alıyevin toxunduğu daha bir vacib məqamı oxucularımızın nəzərinə çatdırırıq: “Yeri gəlmişkən, İtaliyanın hərbi sənaye kompleksinin aparıcı şirkəti sayılan “Leonardo”nun direktorlar şurası sədrinin Azərbaycan Prezidentinə ölkəsinin müdafiə nazirinin də salamını çatdırmasının nə anlam daşıdığını açıqlamağa yəqin ehtiyac yoxdur. “Leonardo” süni peyk istehsalı və aerokosmik xidmətlər sahəsində Fransanın uyğun şirkətindən heç də geri qalmır. Bəlli səbəbdən yəqin gələcəkdə biz bu sahədə məhz İtaliya şirkəti ilə əməkdaşlığa üstünlük verəcəyik”.

ELŞAD,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR