İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımın qapısı açılır? -Ukrayna bayrağı Kinburun yarımadasında dalğalanır

1834 25.06.2026 14:48 Dünya A A

Ukrayna Müdafiə Qüvvələri cənub istiqamətində həyata keçirdikləri irimiqyaslı və kompleks hərbi əməliyyatları uğurla davam etdirərək, Rusiya qoşunlarının Kinburun yarımadasındakı mövqelərinə təzyiqi maksimum dərəcədə artırıb.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri strateji əhəmiyyətli Kinburun ərazisində ölkənin dövlət bayrağının qaldırılmasını əks etdirən rəsmi kadrları ictimaiyyətə təqdim edib. Qara dəniz ilə Dnepr-Buq limanını bir-birindən ayıran bu qumlu yarımada (Kinburun dili) regional dəniz ticarəti və hərbi logistika baxımından mühüm "strateji qapı" rolunu oynayır. Bu mövqe Dnepr çay sisteminə girişə birbaşa nəzarət etməyə, həmçinin Qara dənizi Nikolayev və Xerson limanları ilə birləşdirən gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etməyə imkan verir.

Beynəlxalq hərbi analitiklər və müşahidəçilər Ukrayna ordusunun bu son uğurunu cəbhədəki qüvvələr nisbətini dəyişə biləcək fundamental gəlişmə kimi xarakterizə edirlər.

Qeyd olunur ki, Kinburun yarımadasının tam olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçməsi Rusiya ordusunun cənub cinahındakı logistik xətlərini iflic edə bilər və ən əsası, gələcəkdə Krım yarımadasının azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatların başlanmasına birbaşa hüquqi və taktiki yol açır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR