İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda enerji böhranı: Satıcılara qaydaları pozmağa icazə verildi

846 27.06.2026 17:41 Dünya A A

Krımda elektrik enerjisi və internet problemləri səbəbindən yerli sahibkarlara malları xüsusi qeydiyyat sistemi olmadan satmağa icazə verilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Krım və Sevastopolda sahibkarlara "Çestnıy znak" (Dürüst nişan) adlı məcburi məhsul nişanlama sisteminin tələblərinə əməl etmədən, malları kodları skan etmədən satmağa rəsmi icazə verilib.

Nəşrin yazdığına görə, bu qərar yarımadada yaranmış ağır enerji vəziyyəti ilə əlaqədardır. Bildirilir ki, Ukrayna ordusunun infrastruktur obyektlərinə zərbələrindən sonra Krımda planlı elektrik kəsintiləri tətbiq olunur, internetdə genişmiqyaslı problemlər yaşanır və bölgədə fövqəladə vəziyyət rejimi qüvvədədir.

"Çestnıy znak" sistemi süd məhsulları, dərman preparatları, geyim və digər onlarla məhsul kateqoriyası üçün məcburidir. Sistemin operatoru Mərkəzi Perspektiv Texnologiyalarının İnkişafı Mərkəzidir (ÇRPT).

Məqalədə qeyd olunur ki, sistemin benefisiarları sırasında rusiyalı milyarderlər Alişer Usmanov, Yuri Kovalçuk və Kremlin rəhbərinin qohumu Mixail Şelomovun da adları hallanır.

Nəşrin iddiasına görə, 2023-cü ildə bu sistemi idarə edən qurumun gəlirləri 24 milyard rublu ötüb. Müəlliflər hesab edirlər ki, müharibə nəticəsində yaranmış böhran Krımda bu nəzarət mexanizminin normal fəaliyyətini iflic edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR