İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Çarlz Balmoral qəsrini ilk dəfə ictimaiyyətə açır

647 05.04.2024 15:24 Dünya A A

Böyük Britaniya kralı III Çarlz Balmoral qəsrini ictimaiyyətə açmağı qərara alıb.

Şotlandiyanın dağlıq ərazilərində, Aberdinşir bölgəsində yerləşən Balmoral qəsri Kraliça II Yelizavetanın sevimli iqamətgahı olub və kral ailəsi yay istirahətlərinin böyük hissəsini bu qəsrdə keçirir.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, ziyarətçilər bələdçilərin başçılıq etdiyi qruplar halında qəsrin iç məkanlarını gəzə biləcəklər. Qəsr 1 iyul və 4 avqust tarixləri arasında ziyarətə açıq olacaq, gündə 40 ziyarətçi qəbul ediləcək. Biletin qiyməti 100 funt sterlinq, günorta çayı daxil olmaqla isə 150 funt sterlinqdir.

Turlar Kral Çarlz və Kraliça Kamilla yay tətili üçün Balmoral qəsrinə gəlməzdən əvvəl başa çatacaq.

Qəsrin saytında bildirilib ki, bu turlar 1855-ci ildə qəsrin tikintisi başa çatdıqdan sonra ilk dəfə həyata keçirilir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR